"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, No– 5, maddə 413; 1999, No– 5, maddə 284, No– 7, maddə 396, No– 10, maddə 570; 2001, No– 5, maddə 292, No– 6, maddə 379, No– 7, maddə 455; 2002, No– 1, maddə 4, No– 12, maddə 706; 2003, No– 6, maddə 278; 2004, No– 2, maddə 57, No– 3, maddə 133, No– 4, maddə 199, No– 8, maddələr 597, 598, No– 9, maddə 669; 2005, No– 1, maddə 7, No– 8, maddə 686; 2006, No– 1, maddə 4, No– 12, maddə 1005; 2007, No– 5, maddələr 439, 446, No– 7, maddə 712, No– 11, maddə 1078, No– 12, maddə 1222; 2008, No– 3, maddə 163, No– 7, maddə 609; 2009, No– 2, maddə 46, No– 11, maddə 878; 2010, No– 7, maddə 596, No– 10, maddə 842; 2011, No– 4, maddə 265; 2013, No– 1, maddə 21; 2014, No– 2, maddə 85, No– 7, maddələr 782, 784; 2015, No– 2, maddə 98, No– 4, maddə 346, No– 5, maddə 483, No– 11, maddə 1286; 2016, No– 6, maddə 1004, No– 11, maddə 1789, No– 12, maddə 2033; 2017, No– 6, maddə 1034, No– 7, maddə 1305, No– 11, maddə 1965; 2018, No– 1, maddə 12, No– 3, maddə 395, No– 5, maddə 888, No– 7, maddə 1442) aşağıdakı dəyişikliklər edilsin:

1. 5-ci maddənin ikinci hissəsi aşağıdakı redaksiyada verilsin:
“Məhkəmələrin bütün qərarları qəbul olunduğu gündən bir aydan gec olmayaraq anonimləşdirilməklə elektron qaydada yayılmalıdır.”.

2. 86-cı maddənin üçüncü hissəsinə “aparılması” sözündən sonra “, o cümlədən işlərin təsadüfi və avtomatik şəkildə elektron qaydada bölüşdürülməsi və elektron qaydada yayılan məhkəmə qərarlarının anonimləşdirilməsi” sözləri əlavə edilsin.

3. 87-ci maddəyə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:
“Məhkəmə statistikası həmçinin “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə elektron qaydada aparılır.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 28 dekabr 2018-ci il
No– 1437-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU