"Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:
“Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, No– 6, maddə 460; 2001, No– 1, maddə 25, No– 6, maddə 362; 2002, No– 5, maddə 241; 2006, No– 3, maddə 225; 2007, No– 5, maddə 401; 2008, No– 5, maddə 348; 2010, No– 4, maddə 276; 2015, No– 4, maddə 355, No– 11, maddə 1260; 2017, No– 3, maddə 332, No– 5, maddə 736; 2018, No– 4, maddə 652) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci maddənin on yeddinci abzasında “girovsaxlayan” sözü “girov (ipoteka) saxlayan” sözləri ilə əvəz edilsin.
2. 41-1-ci maddənin 5-ci hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Kreditorlar qrupu daxilində səsvermə zamanı kreditorlar bərabər hüquqa malikdirlər.”.
3. 47-ci maddə üzrə:
3.1. 6-cı hissənin “c” bəndinə “girov” sözündən sonra “və ya ipoteka” sözləri, “ç” bəndinə “girovların” sözündən sonra “(ipotekaların)” sözü əlavə edilsin;
3.2. 7-ci hissənin ikinci cümləsinə “girov” sözündən sonra “və ya ipoteka” sözləri əlavə edilsin.
4. 55-ci maddənin birinci hissəsinin “a” və “c” bəndlərinə “girov” sözündən sonra “və ya ipoteka” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr 2018-ci il
No– 1445-VQD
Fayl şəklində yüklə