Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, No– 9, maddə 838; 2014, No– 7, maddələr 766, 787, No– 10, maddə 1165; 2015, No– 5, maddə 503; 2016, No– 2 (II kitab) maddə 215, No– 11, maddə 1773, No– 12, maddə 2010; 2017, No– 2, maddə 154, No– 5, maddə 755, No– 6, maddələr 1019, 1043; 2018, No– 3, maddə 373, No– 5, maddələr 837, 850) aşağıdakı dəyişikliklər edilsin:
1. 75.2.1-ci maddəyə “üzərində” sözündən sonra “tikinti aparılmasına səlahiyyət verən” sözləri əlavə edilsin.
2. 75.2.3-cü maddənin sonuna “fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti” sözləri əlavə edilsin.
3. 75.3-cü maddəyə “günü” sözündən sonra “, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə isə 2 iş günü” sözləri əlavə edilsin.
4. 75.7-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“75.7. Tikintiyə icazə verildiyi halda tikintiyə icazənin surəti, habelə tikinti layihəsinin bir nüsxəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur. Tikintiyə icazədə tikintiyə başlanılması üçün siyahısı və tətbiqi halları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan əlavə şərtlər nəzərdə tutulduğu hallarda həmin əlavə şərtlərin yerinə yetirilməsindən sonra ərizəçiyə xüsusi nişan təqdim edilir və bu halda tikinti işlərinin başlanmasına əsas xüsusi nişan hesab edilir. Tikintiyə icazənin, xüsusi nişanın forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Tikinti işlərinin başlanması üçün əlavə şərtlər olduqda, tikintiyə icazədə mütləq göstərilməlidir. Bu Məcəllənin 75.3-cü maddəsinə uyğun olaraq sənədlərin tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə məlumat verildiyi gündən sənədlərin tamlığı təmin edildiyi günədək olan müddət tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətə daxil edilmir.”.
5. 86.1-ci maddədən “və xüsusi nişanın” sözləri çıxarılsın.
6. 86.1.4-cü maddədə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 86.1.5-ci maddə əlavə edilsin:
“86.1.5. tikintiyə icazənin, habelə bu Məcəllənin 75.7-ci maddəsinə uyğun olaraq xüsusi nişan verildiyi halda həmin nişanın surəti.”.
7. 102.4-cü maddədə “(reklam qurğularına münasibətdə isə 5 iş günü)” sözləri “, ekspertizası keçirilməsi tələb olunmayan tikinti layilərinə münasibətdə 10 gün, reklam qurğularına münasibətdə isə 5 iş günü” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr 2018-ci il
No– 1451-VQD
Fayl şəklində yüklə