"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə
“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan
Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1190-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar q ə r a r a a l ı r :
“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, No– 12, maddə 689; 2001, No– 11, maddə 677; 2002, No– 5, maddə 237; 2003, No– 6, maddə 273, No– 8, maddə 419; 2004, No– 7, maddə 522, No– 10, maddə 784, No– 12, maddələr 982, 987; 2005, No– 4, maddə 283, No– 10, maddə 884; 2007, No– 3, maddə 212, No– 11, maddə 1051; 2008, No– 5, maddələr 346, 347, No– 8, maddə 708, No– 11, maddə 959; 2009, No– 4, maddə 214, No– 7, maddələr 503, 511, No– 10, maddə 770, No– 12, maddə 963; 2010, No– 7, maddə 605, No– 11, maddələr 942, 943, 961; 2011, No– 3, maddə 166, No– 7, maddə 613; 2012, No– 2, maddə 54, No– 3, maddə 192, No– 6, maddə 525, No– 9, maddə 840, No– 11, maddə 1059; 2013, No– 3, maddə 233, No– 6, maddə 597, No– 11, maddələr 1262, 1263, No– 12, maddə 1490; 2014, No– 5, maddə 463, No– 7, maddə 760, No– 11, maddə 1375; 2015, No– 7, maddə 820, No– 12, maddə 1440; 2016, No– 2, II kitab, maddə 222) əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1. “Ağsu rayonu” bölməsi üzrə:
12.15-ci sətirdə “Gürcüvan” sözü hər iki halda “Xanbulaq” sözü ilə əvəz edilsin.
2. “Astara rayonu” bölməsi üzrə:
13.6-cı sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Qamışovka” sözü “Qamışoba” sözü ilə əvəz edilsin.
3. “Goranboy rayonu” bölməsi üzrə:
3.1 23.1-ci sətirdə “Ağamalıoğlu” sözü hər iki halda “Düzqışlaq” sözü ilə əvəz edilsin;
3.2. 23.12-ci sətirdə “Əzizbəyov” sözü hər iki halda “Kəhrizli” sözü ilə əvəz edilsin.
4. “Göygöl rayonu” bölməsi üzrə:
4.1. 25.8-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Xanlar” sözü “Ağdağ” sözü ilə əvəz edilsin;
4.2. 25.24-cü sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Mixaylovka” sözü “Bənövşəli” sözü ilə əvəz edilsin.
5. “Xaçmaz rayonu” bölməsi üzrə:
5.1. 27.2-ci sətirdə “Alekseyevka” sözü hər iki halda “Çaykənarı” sözü ilə əvəz edilsin;
5.3. 27.37-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Krasnı Xutor” sözləri “Şıxlı” sözü ilə əvəz edilsin.
6. “Xızı rayonu” bölməsi üzrə:
6.1. 28.2-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Çistı Klyuç” sözləri “Safbulaq” sözü ilə əvəz edilsin;
6.2. 28.10-cu sətirdə “Şuraabad” sözü hər iki halda “Şorabad” sözü ilə əvəz edilsin.
7. “Qazax rayonu” bölməsi üzrə:
33.7-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Kommuna” sözü “Bala Çaylı” sözləri ilə əvəz edilsin.
8. “Quba rayonu” bölməsi üzrə:
36.14-cü sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Novonikolayevka” sözü “Çaydüzü” sözü ilə əvəz edilsin.
9. “Qusar rayonu” bölməsi üzrə:
37.25-ci sətirdə “Şirvanovka” sözü hər iki halda “Şirvanlı” sözü ilə əvəz edilsin.
10. “Masallı rayonu” bölməsi üzrə:
40.12-ci sətirdə “Kalinovka” sözü hər iki halda “Viləş” sözü ilə əvəz edilsin.
11. “Oğuz rayonu” bölməsi üzrə:
42.3-cü sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Astraxanovka” sözü “Çaldaş” sözü ilə, “Vladimirovka” sözü “Çayqovuşan” sözü il əvəz edilsin.
12. “Saatlı rayonu” bölməsi üzrə:
12.1. 43.15-ci sətirdə “Xanlarkənd” sözü hər iki halda “Nabatkənd” sözü ilə əvəz edilsin;
12.2. 43.19-cu sətirdə “Qarayevkənd” sözü hər iki halda “Orta Muğan” sözləri ilə əvəz edilsin.
13. “Samux rayonu” bölməsi üzrə:
13.1. 46.12-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Lüksemburq” sözü “Köbər” sözü ilə, “Qırmızı Samux” sözləri hər iki halda “Qaraağaclı” sözü ilə əvəz edilsin;
13.2. 46.14-cü sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Əli Bayramlı” sözləri “Sarıqaya” sözü ilə əvəz edilsin.
14. “Şəmkir rayonu” bölməsi üzrə:
14.1. 50.27-ci sətirdə “Qasım İsmayılov” sözləri hər iki halda “Ağlavaşlı” sözü ilə əvəz edilsin;
14.2. 50.31-ci sətirdə “Muxtariyyat” sözü hər iki halda “Qədimqala” sözü ilə əvəz edilsin.
15. “Yevlax rayonu” bölməsi üzrə:
55.24-cü sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Bünyadabad” sözü “Yeni Çobankərə” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 noyabr 2018-ci il
No– 1372-VQD
Fayl şəklində yüklə