"Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq  qərara alır:

“Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, No– 6, maddə 477; 2008, No– 10, maddə 886; 2009, No– 12, maddə 966; 2010, No– 10, maddə 837; 2011, No– 3, maddə 162; 2013, No– 5, maddə 475; 2014, No– 11, maddə 1347; 2015, No– 5, maddə 495) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.0.1-ci, 1.0.4-cü, 6.1-ci, 7.3-cü, 8.2-ci, 8.8-ci, 10.3-cü maddələrinə “daimi yaşayan” sözlərindən sonra “və ya qaçqın statusu almış” sözləri əlavə edilsin.

2. 3-cü maddəyə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”,” sözlərindən sonra “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”,” sözləri əlavə edilsin.

3. Aşağıdakı məzmunda 5.0.3-1-ci və 5.0.3-2-ci maddələr əlavə edilsin:
“5.0.3-1. Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbilər barədə məlumatlar;
5.0.3-2. Azərbaycan Respublikasında qaçqın statusu almış vətəndaşlığı olmayan şəxslər barədə məlumatlar;”.

4. 7.5.1-1-ci maddədə “daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə” sözləri “daimi yaşayan və ya qaçqın statusu almış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvafiq olaraq” sözləri ilə əvəz edilsin və həmin maddəyə “icazə” sözündən sonra “və ya qaçqın” sözləri əlavə edilsin.

5. 8.6-cı maddəyə “çıxarıldıqda” sözündən sonra “, yaxud Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qaçqın statusunu itirdikdə (Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etdiyi hal istisna olmaqla) və ya ondan məhrum edildikdə onlara verilmiş” sözləri əlavə edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 28 dekabr 2018-ci il
No– 1423-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU