"Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununu “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1198-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə əlaqədar qərara alır:
“Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, No– 9, maddə 1820) aşağıdakı dəyişikliklər edilsin:
1. 6.0.2-ci və 7.0.1-ci maddələrə “icmal” sözündən əvvəl “büdcə qaydasına uyğun hesablanmış icmal büdcə xərclərinin yuxarı həddi də daxil olmaqla,” sözləri əlavə edilsin.
2. 7.0.3.13-cü maddədə “vahid xəzinə hesabında olan vəsaitin qalığının (sərbəst qalığın)” sözləri “vahid xəzinə hesabının sərbəst qalığının” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr 2018-ci il
No– 1425-VQD
Fayl şəklində yüklə