"İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, No– 3, maddə 114; 2003, No– 6, maddə 277; 2004, No– 8, maddə 598, No– 11, maddə 901, No– 12, maddə 973; 2007, No– 1, maddə 3, No– 6, maddə 562, No– 11, maddə 1053; 2008, No– 6, maddə 462, No– 7, maddə 602; 2009, No– 12, maddə 952; 2010, No– 2, maddə 75, No– 7 maddə 591; 2011, No– 7, maddə 618; 2012, No– 11, maddə 1052; 2013, No– 6, maddə 613, No– 7, maddə 787, No– 12, maddə 1494; 2015, No– 12, maddə 1434; 2016, No– 12, maddə 2050; 2017, No– 2, maddə 156, No– 6, maddə 1056, No– 8, maddə 1511; 2018, No– 2, maddə 151, No– 5, maddələr 853, 867, No– 7, I kitab, maddə 1424, No– 8, maddə 1674) aşağıdakı dəyişikliklər edilsin:
1. preambulada, 6.1.4-cü və 13.1.3-cü maddələrdə “notariat orqanlarının” sözləri “notariusun” sözü ilə əvəz edilsin.
2. 7.4-cü maddənin ikinci cümləsində “Notariat orqanlarının” sözləri “Notariusun” sözü ilə əvəz edilsin.
3. 8.2-ci maddə üzrə:
3.1. ikinci bəndinin birinci cümləsinə “edilməyibsə,” sözündən sonra “həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla,” sözləri əlavə edilsin;
3.2. aşağıdakı məzmunda üçüncü bənd əlavə edilsin:
“İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. İpoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir.”.
4. 12.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“12.1. Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir.”.
5. 14-cü maddə üzrə:
5.1. 14.1-ci maddədə “etmək hüququna malikdir” sözləri “etməlidir” sözü ilə əvəz edilsin;
5.2. 14.2-ci maddədən “zərurət olduqda,” sözləri çıxarılsın.
6. 16.1-ci maddədə “ərizəsinə” sözü “əsaslandırılmış müraciətinə” sözləri ilə, “sala bilər” sözləri “salır” sözü ilə əvəz edilsin.
7. 17-ci maddə üzrə:
7.1. 17.1.4-cü maddədə “sənədinə” sözündən sonra “və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla)” sözləri əlavə edilsin;
7.2. 17.1.8-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 17.1.9-cu və 17.1.10-cu maddələr əlavə edilsin:
“17.1.9. icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə;
17.1.10. tələbkarın müvafiq xahişi olduqda.”.
8. 18.1.1-ci və 18.1.6-cı maddələr ləğv edilsin.
9. 19-cu maddə üzrə:
9.1. 19.1.3-cü maddəyə “olmuş” sözündən sonra “tələb,” sözü əlavə edilsin;
9.2. 19.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“19.2. İcraatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra icra məmuru və ya icra qurumunun rəhbəri tələbkarın ərizəsi, yaxud öz təşəbbüsü ilə icra sənədi üzrə icraatı təzələyir.”.
10. 23-cü maddə üzrə:
10.1. 23.3-cü maddənin birinci cümləsində “tələbkarın müraciəti ilə həmin sənədin yenidən icraya yönəldilməsini istisna etmir" sözləri “tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir” sözləri ilə əvəz edilsin;
10.2. 23.4-cü maddədə “və 23.1.4-cü maddələrində göstərilən əsaslara” sözləri “maddəsində göstərilən əsasa” sözləri ilə əvəz edilsin;
10.3. 23.5-ci maddədə “23.1.2-ci və 23.1.3-cü” sözləri “23.1.2"’23.1.5-ci” sözləri ilə əvəz edilsin.
11. Aşağıdakı məzmunda 24.3-cü maddə əlavə edilsin:
“24.3. İcra sənədlərinin aidiyyəti üzrə göndərilməsi barədə icra məmuru tərəfindən tələbkara məlumat verilir.”.
12. 40-cı maddə üzrə:
12.1. 40.1-ci maddədə “, zərurət olduqda isə bir neçə mütəxəssis” sözləri “(bir neçə mütəxəssis)” sözləri ilə əvəz edilsin;
12.2. 40.2-ci maddəsinin birinci cümləsindən “zəruri hallarda” sözləri çıxarılsın.
13. 41-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 41. İcra məmurları ilə dövlət orqanlarının (qurumlarının) qarşılıqlı fəaliyyəti
41.1. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı icra məmurlarına maneçilik törədildikdə və ya onların həyat və sağlamlıqları üçün təhlükə yarandıqda, müvafiq icra hakimiyyəti orqanı qanuna uyğun olaraq icra məmurlarına kömək göstərməyə borcludur. Digər dövlət orqanları (qurumları) icra hərəkətlərinin həyata keçirilməsinə əsasnamələrinə (nizamnamələrinə) uyğun olaraq yardım etməlidirlər.
41.2. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı icra məmurlarının borclu hüquqi və fiziki şəxsin əmlakı, o cümlədən pul vəsaitləri və digər maddi sərvətləri barədə məlumatı müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə əldə etmək hüququ vardır.”.
14. Aşağıdakı məzmunda 44.3-cü maddə əlavə edilsin:
“44.3. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir.”.
15. Aşağıdakı məzmunda 45.7-1-ci maddə əlavə edilsin:
“45.7-1. Tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə icra məmuru tərəfindən 1 iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə “Elektron hökumət” portalında müvafiq qeyd aparılmalıdır.”.
16. 50-ci maddə üzrə:
16.1. 50.1-ci maddədə “zəruri” sözü “təxirəsalınmaz” sözü ilə əvəz edilsin;
16.2. 50.8-ci maddənin birinci cümləsində “apara bilər” sözləri “aparır” sözü ilə əvəz edilsin.
17. 51.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“51.1. Borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir.”.
18. 57.3-cü maddədə “müvafiq qanunvericiliklə” sözləri “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə” sözləri ilə əvəz edilsin.
19. 72-ci maddə üzrə:
19.1. 72.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Bildiriş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.2-ci və 135.3-cü maddələrində müəyyən edilmiş qaydada verildikdə rəsmi qaydada təqdim edilmiş hesab olunur.”;
19.2. 72.5-ci maddənin ikinci cümləsindən “, zəruri hallarda,” sözləri çıxarılsın və həmin cümlədə “edə bilər” sözləri “etmək hüququna malikdir” sözləri ilə əvəz edilsin;
19.3. 72.6-cı maddənin birinci cümləsindən “, zəruri hallarda,” sözləri çıxarılsın.
20. 73.2-ci maddə üzrə:
20.1. birinci cümlədə “zəruri hallarda isə” sözləri “habelə” sözü ilə və “edir” sözü “etmək hüququna malikdir” sözləri ilə əvəz edilsin;
20.2. ikinci cümlədən “sonradan” sözü çıxarılsın.
21. 78.5-ci və 81.3-cü maddələr ləğv edilsin.
22. 80.3-cü maddənin ikinci cümləsində “23.1.4-cü və ya 23.1.5-ci” sözləri “23.1.2"’23.1.5-ci” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr 2018-ci il
No– 1440-VQD
Fayl şəklində yüklə