"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq   q ə r a r a  a l ı r :

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, No– 1, maddə 1, No– 3, maddə 131; 2002, No– 12, maddə 693; 2003, No– 1, maddə 16; 2004, No– 1, maddə 10, No– 4, maddə 199, No– 5, maddə 321, No– 8, maddə 597, No– 11, maddə 884; 2005, No– 6, maddələr 463, 475, No– 10, maddə 874; 2006, No– 5, maddə 386, No– 6, maddə 479, No– 8, maddə 657, No– 11, maddə 927, No– 12, maddələr 1005, 1014; 2007, No– 2, maddə 83, No– 5, maddələr 434, 436, No– 7, maddə 711, No– 10, maddə 934, No– 11, maddələr 1049, 1074, 1078, No– 12, maddələr 1213, 1219; 2008, No– 3, maddə 153, No– 5, maddələr 326, 341, No– 6, maddələr 471, 481, No– 7, maddə 602, No– 8, maddə 699, No– 10, maddə 881; 2009, No– 2, maddə 54, No– 5, maddə 311, No– 6, maddə 403, No– 10, maddə 771, No– 11, maddə 878, No– 12, maddə 964; 2010, No– 4, maddə 276; 2011, No– 2, maddə 71, No– 3, maddə 165, No– 6, maddə 463; 2012, No– 5, maddə 413, No– 10, maddə 945, No– 11, maddə 1049; 2015, No– 1, maddə 9, No– 5, maddə 488, No– 10, maddə 1100; 2016, No– 8, maddə 1365, No– 11, maddələr 1760, 1782, 1785; 2017, No– 5, maddə 726, No– 6, maddə 1054, No– 7, maddə 1267, No– 8, maddə 1513, No– 11, maddə 1974, No– 12, I kitab, maddə 2192; 2018, No– 2, maddələr 158, 159, No– 3, maddə 392, No–5, maddələr 864, 880, No–6, maddə 1191, No–7, I kitab, maddələr 1383, 1428) aşağıdakı dəyişikliklər edilsin:

1. 8.1.6-cı maddədə “və inzibati ərazi dairələri” sözləri “, inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri” sözləri ilə əvəz edilsin.

2. 11.1.8.2-ci maddəyə “nümayəndələrinin” sözündən sonra “və sahə inzibati ərazi dairələri nümayəndələrinin” sözləri əlavə edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 7 dekabr 2018-ci il
No– 1386-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU