Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, No– 8, maddə 612; 2011, No– 12, maddə 1108; 2012, No– 6, maddə 501; 2017, No– 5, maddə 732, No– 7, maddə 1298; Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1253-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 6.0.2-ci, 17.2.1-ci, 20.5-ci və 138.3-cü maddələrdə “özəl” sözü “xüsusi” sözü ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 10.0.8-1-ci və 10.0.8-2-ci maddələr əlavə edilsin:
“10.0.8-1. çoxmənzilli binanın idarə edilməsi qaydasını müəyyən etmək;
10.0.8-2. çoxmənzilli binanın idarə edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi qaydalarını müəyyən etmək;”.

3. 41.6-cı maddədə “üstün hüquqa” sözləri “üstünlük hüququna” sözləri ilə əvəz edilsin.

4. 44.3-cü maddədə “(kvorum yaranır). Kvorum” sözləri “(yetərsay yaranır). Yetərsay” sözləri ilə və “təkrar” sözü “yenidən” sözü ilə əvəz edilsin.

5. 109.5-ci maddədə “kooperativi qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir” sözləri “kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir” sözləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 18 dekabr 2018-ci il
No– 1394-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU