"İnvestisiya fondları haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Lotereyalar haqqında", "İpoteka haqqında", "Sığorta fəaliyyəti haqqında" və "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
“İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Lotereyalar haqqında”, “İpoteka haqqında”,
“Sığorta fəaliyyəti haqqında” və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 13-cü, 15-ci, 26-cı və 27-ci bəndlərini rəhbər tutaraq, “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1143-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, No– 11, maddə 950; 2014, No– 10, maddə 1161; 2015, No– 11, maddə 1261; 2016, No– 3, maddə 412, No– 4, maddə 642, No– 12, maddə 2002; 2017, No– 11, maddə 1952, No– 12, I kitab, maddə 2225; 2018, No– 7, I kitab, maddə 1394 ) aşağıdakı məzmunda 2.3-1-ci maddə əlavə edilsin:
“2.3-1. Ələt azad iqtisadi zonasında investisiya fondları sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.
Maddə 2. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, No– 7, maddə 813; 2016, No– 3, maddə 411, No– 11, maddə 1756, No– 12, maddə 2003; 2017, No– 2, maddə 159, No– 5, maddə 712, No– 12, I kitab, maddə 2222; 2018, No– 5, maddə 893, No– 7, I kitab, maddə 1395) aşağıdakı məzmunda 2.3-cü maddə əlavə edilsin:
“2.3. Ələt azad iqtisadi zonasında qiymətli kağızlar bazarı sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.
Maddə 3. “Lotereyalar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, No– 5, maddə 309; 2009, No– 7, maddə 517; 2016, No– 3, maddə 422; 2017, No– 2, maddə 144; 2018, No– 2, maddə 154; Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1299-VQD nömrəli Qanunu) 1-ci maddəsinin mətni 1.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 1.2-ci maddə əlavə edilsin:
“1.2. Ələt azad iqtisadi zonasında lotereyalar sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.
Maddə 4. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, No– 6, maddə 461; 2007, No– 5, maddə 436, No– 11, maddə 1053; 2008, No– 5, maddə 348; 2009, No– 12, maddə 948; 2011, No– 7, maddə 591; 2017, No– 10, maddə 1773; Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1298-VQD nömrəli Qanunu) 2-ci maddəsinin mətni 2.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 2.2-ci maddə əlavə edilsin:
“2.2. Ələt azad iqtisadi zonasında ipoteka sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.
Maddə 5. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, No– 3, maddə 144, No– 7, maddə 602; 2009, No– 7, maddə 517; 2011, No– 1, maddə 11; 2013, No– 12, maddə 1470; 2014, No– 7, maddələr 771, 779; 2015, No– 11, maddə 1263; 2016, No– 3, maddə 410, No– 6, maddə 976; 2017, No– 7, maddələr 1286, 1294, No– 12, I kitab, maddə 2221; 2018, No– 7, I kitab, maddə 1392) aşağıdakı məzmunda 2.4-cü maddə əlavə edilsin:
“2.4. Ələt azad iqtisadi zonasında sığorta sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.
Maddə 6. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, No– 5, maddə 399; 2001, No– 12, maddə 736; 2005, No– 8, maddə 692, No– 10, maddə 872; 2006, No– 12, maddə 1007; 2008, No– 6, maddə 462, No– 11, maddə 960; 2011, No– 2, maddə 71; 2013, No– 12, maddə 1491; 2015, No– 2, maddə 73; 2016, No– 3, maddə 415; 2017, No– 5, maddə 686) 1-ci maddəsinin mətni 1.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 1.2-ci maddə əlavə edilsin:
“1.2. Ələt azad iqtisadi zonasında hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr 2018-ci il
No– 1416-VQD
Fayl şəklində yüklə