"Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 3, I kitab, maddə 125; 2001, No– 12, maddələr 731, 736; 2004, No– 11, maddə 901; 2006, No– 6, maddə 478; 2007, No– 5, maddə 436, No– 10, maddə 938; 2008, No– 5, maddə 348, No– 7, maddə 602; 2012, No– 6, maddə 506; 2013, No– 6, maddələr 599, 624; 2014, No– 4, maddə 341, No– 7, maddə 775; 2016, No– 2, I kitab, maddə 200, No– 12, maddələr 1994, 1995; 2017, No– 5, maddə 720, No– 12, I kitab, maddə 2229; 2018, No– 1, maddə 20) aşağıdakı dəyişikliklər edilsin:

1. 11-ci maddənin birinci hissəsində “, təsərrüfat və ya əməli idarəçiliyində” sözləri “və ya istifadəsində” sözləri ilə əvəz edilsin.

2. 13-cü maddə üzrə:
2.1. səkkizinci hissədə “reklam və digər məlumat qurğuları” sözləri “məlumat qurğuları (reklam qurğuları istisna olmaqla)” sözləri ilə əvəz edilsin;
2.2. doqquzuncu hissədən “, habelə reklam qurğularının” sözləri çıxarılsın.

3. 14-cü maddənin üçüncü hissəsinin üçüncü abzasında və 15-1-ci maddənin altıncı hissəsində “müvafiq icra hakimiyyəti orqanının” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)” sözləri ilə əvəz edilsin.

4. 15-1-ci maddənin dördüncü hissəsində “müvafiq icra hakimiyyəti orqanı ilə” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla)” sözləri ilə əvəz edilsin.

5. 18-ci maddənin birinci hissəsinin birinci cümləsində “müvafiq icra hakimiyyəti orqanlarının” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)” sözləri ilə əvəz edilsin.

6. 19-cu maddə üzrə:
6.1. birinci hissədə “reklam və məlumat qurğuları” sözləri “məlumat qurğuları (reklam qurğuları istisna olmaqla)” sözləri ilə əvəz edilsin;
6.2. ikinci hissədə “lövhələri və qurğular, elanlar və digər məlumat işarələri və göstəricilər” sözləri “reklam və digər məlumat qurğuları” sözləri ilə əvəz edilsin;
6.3. üçüncü hissə aşağıdakı redaksiyada verilsin:
 “Avtomobil yollarının torpaq sahəsində reklam qurğularının yerləşdirilməsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi və “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.”.
. 19-2-ci maddə üzrə:

7.1. ikinci hissənin birinci cümləsində “müvafiq icra hakimiyyəti orqanı ilə” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla)” sözləri ilə əvəz edilsin;
7.2. dördüncü hissənin ikinci abzasından “bələdiyyə və ya özəl” sözləri çıxarılsın;
7.3. beşinci hissənin birinci abzasında “Bələdiyyə və ya özəl avtomobil” sözləri “Avtomobil” sözü ilə əvəz edilsin.

8. 21-ci maddənin altıncı hissəsi aşağıdakı redaksiyada verilsin:
“Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) öz fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıda nəzərdə tutulmuş lisenziya və icazələrin alınması tələb olunmur.”.

9. 25-ci maddə üzrə:
9.1. ikinci və altıncı hissələrdə “müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;
9.2. beşinci hissədə “müvafiq icra hakimiyyəti orqanına” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə əvəz edilsin.

10. 29-cu maddə üzrə:
10.1. üçüncü hissə aşağıdakı redaksiyada verilsin:
“Avtomobil yollarında yol hərəkəti “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti məhdudlaşdırıla və ya qadağan edilə bilər.”;
10.2. beşinci hissə ləğv edilsin.

11. 40-cı maddənin ikinci hissəsindən “müvafiq icra hakimiyyəti orqanı və” sözləri çıxarılsın.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 7 dekabr 2018-ci il
No– 1389-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU