"Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1358-VQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının
2018-ci il 30 noyabr tarixli 1358-VQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1358-VQD nömrəli Qanununun 2-ci maddəsi aşağıdakı redaksiyada verilsin:
“Maddə 2. Keçid müddəaları
2.1. Bu Qanunun 1.5.2-ci, 1.7.1-ci və 1.7.2-ci maddələri 2018-ci il iyulun 1-dən tətbiq edilir.
2.2. Bu Qanun (1.5.2-ci, 1.7.1-ci və 1.7.2-ci maddələr istisna olmaqla) 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2019-cu il
No– 1462-VQD
Fayl şəklində yüklə