Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 14-cü bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikası Ailə Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 3 (I kitab), maddə 126; 2002, No– 12, maddə 702; 2004, No– 7, maddə 505; 2006, No– 2, maddə 66, No– 11, maddə 923, No– 12, maddələr 1005, 1006; 2007, No– 1, maddə 4, No– 8, maddə 745, No– 11, maddə 1053, No– 12, maddə 1218; 2008, No– 7, maddə 602; 2010, No– 2, maddə 70, No– 3, maddə 171, No– 5, maddə 380, No– 7, maddə 578; 2011, No– 7, maddələr 585, 620, No– 12, maddə 1110; 2014, No– 12, maddə 1515; 2015, No– 4, maddə 348) 164.1-ci maddəsində “təqdim edildikdə” sözləri “əsasında” sözü ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Bu sənədlər üzrə məlumatların elektron informasiya sistemlərindən əldə edilməsi mümkün olduğu hallarda həmin sənədlər şəxslərdən tələb olunmur.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 1 fevral 2019-cu il
No– 1470-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU