Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, No– 7, maddə 444; 2006, No– 12, maddə 1029; 2007, No– 5, maddə 442, No– 6, maddə 562, No– 8, maddə 756; 2009, No– 12, maddə 948; 2010, No– 3, maddə 171; 2012, No– 7, maddə 643; 2013, No– 3, maddə 214; 2014, No– 4, maddə 325; 2015, No– 1, maddə 1; 2016, No– 1, maddə 7; 2017, No– 11, maddə 1961; 2018, No– 3, maddə 406, No– 5, maddə 848) aşağıdakı dəyişikliklər edilsin:

1. 18.1.3-cü maddə ləğv edilsin.

2. 22.2-ci maddənin birinci cümləsində “Gəminin üzgüçülüyə yararlığı haqqında şəhadətnaməni, ölçü” sözləri “Ölçü” sözü ilə əvəz edilsin.

3. 35-ci maddədə “üzgüçülüyə yararlı olması haqqında şəhadətnamə aldıqdan” sözləri “yoxlamanın nəticəsinə uyğun olaraq üzgüçülüyə yararlı olduğu müəyyən edildikdən” sözləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 1 fevral 2019-cu il
No– 1471-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU