Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli 180-VQ nömrəli Qanunu ilə təsdiq edilmiş 1 nömrəli əlavə - "Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin Siyahısı"nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli 180-VQ nömrəli Qanunu ilə təsdiq edilmiş 1 nömrəli əlavə -
“Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin
Siyahısı”nda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli 180-VQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, No– 4, maddə 635) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 37-1-ci hissə əlavə edilsin:
37-1. | Qabapentin. Bütün qabapentin tərkibli dərman vasitələrinə şamil olunur. (1-(Aminometil) tsikloheksansirkə turşusu) | 5 |
2. 79-cu hissədən “100mq-150mq-200mq və daha artıq” sözləri çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr 2018-ci il
No– 1421-VQD
Fayl şəklində yüklə