"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, No– 2, maddə 56; 2015, No– 2, maddə 92, No– 5, maddə 496, No– 7, maddə 821; 2016, No– 6, maddələr 999, 1007; 2017, No– 10, maddə 1769; 2018, No– 7, I kitab, maddə 1425; Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1280-VQD və 1283-VQD nömrəli qanunları) 6.4-cü maddəsindən sonra aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:
“Qeyd. Bu Qanunun 6.4.1-ci maddəsində nəzərdə tutulmuş sənəd üzrə məlumatların elektron informasiya sistemindən əldə edilməsi mümkün olduğu hallarda həmin sənəd vətəndaşlardan tələb olunmur.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2019-cu il
No– 1472-VQD
Fayl şəklində yüklə