"Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 26-cı bəndlərini rəhbər tutaraq qərara alır:

“Qiymətli kağızlar bazarı haqqında’’ Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, No– 7, maddə 813; 2016, No– 3, maddə 411, No– 11, maddə 1756, No– 12, maddə 2003; 2017, No– 2, maddə 159, No– 5, maddə 712, No– 12, I kitab, maddə 2222; 2018, No– 5, maddə 893, No– 7, I kitab, maddə 1395) aşağıdakı dəyişikliklər edilsin:

1.  77.2-ci maddəyə “emitentlər” sözündən sonra “(Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlar istisna olmaqla) ” sözləri əlavə edilsin.

2.   Aşağıdakı məzmunda 78.7.1-1-ci maddə əlavə edilsin:

“78.7.1-1. Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların emissiya etdiyi qiymətli kağızlarla olan əməliyyatlara;”.

 

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 1 fevral 2019-cu il 
No– 1474-VQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU