"Patent haqqında", "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" və "İxrac nəzarəti haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Patent haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” və “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci, 13-cü və 25-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Patent haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, No– 5, maddə 414; 2004, No– 7, maddə 505; 2006, No– 2, maddə 64; 2009, No– 12, maddə 951; 2012, No– 7, maddə 644; 2013, No– 3, maddə 211, No– 12, maddə 1481; 2018, No– 4, maddə 635) aşağıdakı dəyişikliklər edilsin:
1.1.  5-ci maddənin 1-ci hissəsinin birinci abzasına və 2-ci hissəsinə, 29-cu maddənin 6-cı hissəsinə “orqanının” sözündən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin;
1.2.   6-cı maddənin 1-ci hissəsinin ikinci abzasında “orqanında, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumda” sözləri “orqanının müəyyən etdiyi orqanda (qurumda)” sözləri ilə əvəz edilsin;
1.3.   38-ci maddənin 1-ci hissəsində “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

Maddə 2. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, No– 8, maddə 485; 2004, No– 7, maddə 505; 2009, No– 5, maddə 296; 2010, No– 3, maddə 171; 2012, No– 7, maddə 645; 2013, No– 12, maddə 1482; 2018, No– 4, maddə 636) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 15-ci, 20-ci və 30-cu maddələrin birinci hissələrinə “orqanının” sözündən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin;
2.2.  16-cı maddədə “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

Maddə 3. “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, No– 12, maddə 975) aşağıdakı dəyişikliklər edilsin:
3.1.  9.1-ci, 10-cu və 11-ci maddələrdə “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;
3.2.  12.1-ci maddədə “orqanlarının onlara” sözləri “orqanının müəyyən etdiyi orqanın (qurumun) ona” sözləri ilə əvəz edilsin.



İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

 


Bakı şəhəri, 1 fevral 2019-cu il 
No– 1475-VQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU