"Nəşriyyat işi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

“Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 8, I kitab, maddə 581; 2002, No– 12, maddə 709; 2004, No– 7, maddə 505; 2007, No– 10, maddə 938; 2008, No– 5, maddə 343; 2013, No– 5, maddə 483; 2017, No– 2, maddə 143) aşağıdakı dəyişikliklər edilsin:
1. 22-ci maddəsinin birinci hissəsində “Azərbaycan Respublikasının Milli Kitabxanasına, Kitab Palatasına, Azərbaycan Mətbuat Şurasına, qanunvericilik və müvafiq icra hakimiyyəti orqanlarının və qanunvericilikdə nəzərdə tutulmuş digər orqanların kitabxanalarına” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma (qəzet və jurnalların məcburi nüsxələrini), həmçinin “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq kitabxanalara” sözləri ilə əvəz edilsin.
2. 25-ci maddə ləğv edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 1 fevral 2019-cu il
No– 1479-VQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU