"Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, No– 7, maddə 116; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, No– 12, maddə 737; 2003, No– 1, maddə 1; 2006, No– 3, maddə 225; 2007, No– 6, maddə 562, No– 12, maddə 1216; 2009, No– 7, maddə 517; 2010, No– 4, maddə 276; 2014, No– 10, maddə 1168; 2016, No– 3, maddə 423; 2017, No– 5, maddə 741, No– 7, maddə 1291; 2018, No– 5, maddə 847) aşağıdakı dəyişikliklər edilsin:
1. 12-ci maddə üzrə:
1.1. adında “Ali Sovetinin” sözləri “Milli Məclisinin” sözləri ilə əvəz edilsin;
1.2. mətnində “Ali Soveti” sözləri “Milli Məclisi” sözləri ilə əvəz edilsin.
2. 13-2.5-ci maddədən “müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla” sözləri çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 fevral 2019-cu il
No– 1501-VQD
Fayl şəklində yüklə