"İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununu “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1223-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“İcra haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, No– 3, maddə 114; 2003, No– 6, maddə 277; 2004, No– 8, maddə 598, No– 11, maddə 901, No– 12, maddə 973; 2007, No– 1, maddə 3, No– 6, maddə 562, No– 11, maddə 1053; 2008, No– 6, maddə 462, No– 7, maddə 602; 2009, No– 12, maddə 952; 2010, No– 2, maddə 75, No– 7, maddə 591; 2011, No– 6, maddə 482, No– 7, maddə 618; 2012, No– 11, maddə 1052; 2013, No– 6, maddə 613, No– 7, maddə 787, No– 12, maddə 1494; 2015, No– 12, maddə 1434; 2016, No– 12, maddə 2050; 2017, No– 2, maddə 156, No– 6, maddə 1056, No– 8, maddə 1511; 2018, No– 2, maddə 151, No– 5, maddələr 853, 867, No– 7 (I kitab), maddə 1424, No– 8, maddə 1674; Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1440-VQD nömrəli Qanunu) 13.1.3-cü maddəsində “on gün ərzində” sözləri “dərhal” sözü ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 fevral 2019-cu il
No– 1504-VQD
Fayl şəklində yüklə