"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, No– 3, maddə 208, No– 12, maddə 1019; 2007, No– 12, maddə 1194; 2008, No– 4, maddə 254, No– 6, maddə 464, No– 7, maddə 602, No– 8, maddələr 699, 710; 2009, No– 6, maddələr 395, 399, No– 11, maddələr 877, 879; 2010, No– 7, maddə 579; 2011, No– 4, maddə 267, No– 6, maddə 465, No– 7, maddə 597, No– 12, maddə 1109; 2012, No– 11, maddələr 1037, 1044; 2013, No– 3, maddə 223, No– 5, maddə 485, No– 6, maddələr 608, 614; 2015, No– 5, maddə 494; 2017, No– 5, maddə 676, No– 7, maddə 1289, No– 10, maddə 1776, No– 12 (I kitab), maddə 2193; 2018, No– 5, maddə 865; Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1362-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 6-1-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:
Bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.”;
1.2. 10.2-ci və 13.3-cü maddələrin ikinci bəndləri ləğv edilsin.
Maddə 2. Bu Qanun 2019-cu ilin martın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 fevral 2019-cu il
No– 1515-VQD
Fayl şəklində yüklə