Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, No– 2 (I kitab), maddə 202, No– 3, maddələr 397, 403, 429, No– 4, maddələr 631, 647, 654, No– 5, maddələr 835, 846, No– 6, maddələr 997, 1010, No– 7, maddələr 1247, 1249, No– 10, maddə 1608, No– 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, No– 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, No– 1, maddə 21, No– 2, maddələr 139, 147, 152, 162, No– 3, maddələr 331, 344, No– 5, maddələr 698, 701, 734, 749, 754, No– 6, maddələr 1020, 1033, 1036, No– 7, maddələr 1273, 1296, 1297, 1299, No– 11, maddələr 1964, 1966, 1969, 1979, No– 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, No– 1, maddə 19, No– 2, maddələr 160, 162, 163, No– 3, maddələr 383, 401, 404, No– 4, maddə 646, No– 5, maddələr 857, 860, 862, 876, 883, No– 6, maddələr 1153, 1188, No– 7 (I kitab), maddələr 1435, 1437, 1438, No– 10, maddə 1963, No– 11, maddələr 2188, 2191, 2214, 2217, 2231; Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1317-VQD nömrəli, 2 noyabr tarixli 1326-VQD nömrəli, 30 noyabr tarixli 1357-VQD, 1371-VQD və 1377-VQD nömrəli, 7 dekabr tarixli 1382-VQD və 1384-VQD nömrəli, 18 dekabr tarixli 1395-VQD və 1398-VQD nömrəli, 28 dekabr tarixli 1406-VQD, 1427-VQD və 1432-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1. 43.1-ci maddəyə hər iki halda “açıq məkanda” sözlərindən əvvəl “tikintisinə icazə tələb olunan” sözləri əlavə edilsin.
2. 394.0.7-ci maddəyə “habelə” sözündən sonra “tikintisinə icazə tələb olunan açıq məkanda” sözləri əlavə edilsin.
3. 395.1-1-ci maddədə “ölçülərindən asılı olmayaraq” sözləri “tikintisinə icazə tələb olunan” sözləri ilə əvəz edilsin.
4. 395.2-ci maddəyə “açıq məkanda” sözlərindən əvvəl “tikintisinə icazə tələb olunan” sözləri əlavə edilsin.
5. 428.7.1-ci maddədən “, texniki şərtlər pasportu və icazə müqaviləsi” sözləri çıxarılsın və “onların” sözü “onun” sözü ilə əvəz edilsin.
6. 428.7.3-cü maddəyə “sahəsində” sözündən sonra “(o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində)” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 mart 2019-cu il
No– 1522-VQD
Fayl şəklində yüklə