Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli 928 nömrəli qərarı ilə təsdiq edilmiş "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə" yə dəyişikliklər və əlavə edilməsi bərədə

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli 928 nömrəli qərarı ilə təsdiq edilmiş “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə” yə dəyişikliklər və əlavə edilməsi bərədə

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli 928 nömrəli qərarı ilə təsdiq edilmiş “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”yə (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, No– 3-4, maddə 48; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, No– 6, maddə 493; 1998-ci il, No– 2, maddə 71; 2001-ci il, No– 11, maddələr 669, 674; 2002-ci il, No– 7, maddə 395; 2004-cü il, No– 4, maddə 199; 2006-cı il, No– 2, maddə 64, No– 11, maddə 933, No– 12, maddə 1006; 2007-ci il, No– 1, maddə 4) aşağıdakı dəyişikliklər və əlavə edilsin:

1. 9-cu bəndin ikinci abzasında “Vətəndaşın və ya onun qanuni nümayəndəsinin müraciətindən ən geci bir ay keçənədək” sözləri “Vətəndaş və ya onun qanuni nümayəndəsi müraciət etdikdən sonra bir ay müddətində, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda isə beş iş günü müddətində” sözləri ilə əvəz edilsin;

2. 10-cu bənddə:
2.1. beşinci abzasda “48 saat ərzində xaricə birdəfəlik gediş-gəliş üçün əl ilə doldurulmuş” sözləri “iki iş günü müddətində” sözləri ilə əvəz edilsin;

2.2. aşağıdakı məzmunda altıncı abzas əlavə edilsin:
“Ümumvətəndaş pasportu on illik müddətə verilir.”.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 aprel 2007-ci il
No– 302-IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU