"Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, No– 1, maddə 9, No– 8, maddə 598, No– 9, maddə 668) 70.1-ci maddəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Konstitusiya Məhkəməsinin fəaliyyətinin maliyyələşdirilməsi üçün ayrılan illik vəsaitin tərkibində cari xərclərin məbləği əvvəlki maliyyə ilində bu məqsəd üçün nəzərdə tutulmuş məbləğdən az ola bilməz.”.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 aprel 2007-ci il
No– 305-IIIQD
Fayl şəklində yüklə

