"Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 1, maddə 19; 2001-ci il, No– 12, maddə 736; 2004-cü il, No– 2, maddə 57, No– 3, maddə 133, No– 8, maddə 599, No– 10, maddə 787; 2005-ci il, No– 8, maddə 686; 2006-cı il, No– 12, maddə 1005) 9-cu maddəsinə aşağıdakı məzmunda VI hissə əlavə edilsin:
“VI. Naxçıvan Muxtar Respublikasının qanunu ilə Naxçıvan Muxtar Respublikasında Vəkillər Kollegiyası yaradıla bilər. Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası Azərbaycan Respublikası Vəkillər Kollegiyasının tərkibinə daxildir.”.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 aprel 2007-ci il
No– 308-IIIQD
Fayl şəklində yüklə

