Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı haqqında
Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı haqqında
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN
Q Ə R A R I
“Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən Azərbaycan Respublikası Hesablama Palatasının 2006-cı ildə fəaliyyəti haqqında hesabatını müzakirə edərək, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan Respublikası Hesablama Palatasının 2006-cı ildə fəaliyyəti haqqında hesabatı nəzərə alınsın.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov
Bakı şəhəri, 17 aprel 2007-ci il
No– 311-IIIQR
Fayl şəklində yüklə