İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi haqqında
İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN
Q Ə R A R I
"İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 17.2-17.4-cü və 17.6-cı maddələrinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Aşağıdakı şəxslər 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvləri seçilsinlər:
Ağacan Qulam oğlu Abıyev – namizədliyi idman federasiyaları tərəfindən irəli sürülmüşdür;
Salman Musa oğlu Musayev – namizədliyi dini konfessiyalar tərəfindən irəli sürülmüşdür;
Altay Qulam oğlu Zahidov – namizədliyi yaradıcılıq təşkilatları tərəfindən irəli sürülmüşdür.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov
Bakı şəhəri, 17 aprel 2007-ci il
No– 312-IIIQR
Fayl şəklində yüklə