Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi və "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2006-cı il 12 may tarixli 108-IIIQD nömrəli Qanununun qüvvədən düşmüş hesab edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 12 may tarixli 108-IIIQD nömrəli Qanununun qüvvədən düşmüş hesab edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikası Su Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, No–3, maddə 135; 1999-cu il, No–8, maddə 476; 2002-ci il, No–5, maddə 237; 2003-cü il, No–1, maddə 10; 2004-cü il, No–2, maddə 57) 37-ci maddəsinin 2-ci hissəsində “digər dövlət və bələdiyyə ehtiyacları” sözləri “digər dövlət ehtiyacları və ya ictimai ehtiyaclar” sözləri ilə əvəz edilsin.

II. Azərbaycan Respublikası Meşə Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, No–3, maddə 139; 1999-cu il, No–8, maddə 476; 2004-cü il, No–11, maddə 902) 51-ci maddəsinin 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və şərtlərlə yol verilir.”.

III. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, No–9, maddə 562; 2002-ci il, No–5, maddə 241) 5-ci maddəsinin beşinci abzası aşağıdakı redaksiyada verilsin:

“mülkiyyətçilərin əmlakı Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və şərtlərlə dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün alındıqda;”. 

IV. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No–1, maddə 2) 46-cı maddəsinin mətni aşağıdakı redaksiyada verilsin:

“Hüquqi və fiziki şəxslərin mülkiyyətində olan torpaqların dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün özgəninkiləşdirilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və şərtlərlə yol verilir.”.

V. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No–3, I kitab, maddə 125; 2001-ci il, No–12, maddələr 731, 736; 2004-cü il, No–11, maddə 901; 2006-cı il, No–6, maddə 478) 14-cü maddəsinin 5-ci hissəsində “geri alına (satın alına) bilər” sözləri “dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün geri alına bilər” sözləri ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Torpaq sahələrinin dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün geri alınması şərtləri və halları Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir.”.

VI. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, No–6, maddə 461) 32.1-ci maddəsində “dövlət və ya bələdiyyə ehtiyacları üçün satınalma” sözləri “dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün özgəninkiləşdirilmə” sözləri ilə əvəz edilsin.

VII. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-ci il 12 may tarixli 108-IIIQD nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il No–6, maddə 479) qüvvədən düşmüş hesab edilsin.

VIII. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 aprel 2007-ci il
No– 314-IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU