Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə
Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, No–11, maddə 115; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No–7, maddə 486; 2002-ci il, No–12, maddə 706; 2003-cü il, No–1, maddə 4; 2004-cü il, No–2, maddə 57, No–4, maddə 202, No–7, maddə 507; 2006-cı il, No–2, maddə 63, No–12, maddə 1005) 8-ci maddəsinin 3-cü hissəsində “Həmkarlar İttifaqları təşkilatlarının” sözləri “həmkarlar ittifaqları birliklərinin” sözləri ilə əvəz edilsin.
II. Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, No–9, maddə 565; 2000-ci il, No–12, maddə 833; 2005-ci il, No–10, maddə 876) 5-ci maddəsinin 3-cü hissəsində “həmkarlar ittifaqları təşkilatlarının” sözləri “həmkarlar ittifaqları birliklərinin” sözləri ilə əvəz edilsin.
III. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, No–4, maddə 213; 2001-ci il, No–3, maddə 143, No–6, maddə 362, No–11, maddələr 672, 679, No–12, maddə 731; 2002-ci il, No–1, maddə 2, No–5, maddə 241, No–6, maddə 328; 2003-cü il, No–1, maddələr 9, 23; 2004-cü il, No–1, maddə 10, No–2, maddə 57, No–3, maddə 133, No–6, maddə 413, No–7, maddə 505, No–9, maddə 672, No–12, maddə 981; 2005-ci il, No–3, maddə 151, No–4, maddə 278, No–7, maddə 560, No–10, maddə 874, No–11, maddə 1001, No–12, maddə 1094; 2006-cı il, No–3, maddələr 220, 222, No–5, maddə 385, No–11, maddə 923, No–12, maddələr 1004, 1025, 1030) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
1. 3-cü maddədə:
1.1. 1-ci hissədə “onun” sözündən sonra “və xarici hüquqi şəxsin” sözləri əlavə edilsin;
1.2. 7-ci hissədən “respublika, peşələr, sahələr və ya ərazi üzrə” sözləri çıxarılsın.
2. 25-ci maddədə:
2.1. 1-ci hissədə “həmkarlar ittifaqları təşkilatları” sözlərindən sonra “(birlikləri)” sözü əlavə edilsin;
2.2. 4-cü hissədən “, peşələr, sahələr” sözləri çıxarılsın.
3. 36-cı maddənin 1-ci hissəsinin “a” bəndində “respublika” sözü ümumrespublika (respublika)” sözləri ilə əvəz edilsin.
4. 148-ci maddənin 5-ci hissəsində “respublika” sözü “ümumrespublika (respublika)” sözləri ilə əvəz edilsin.
IV. “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, No–17, maddə 235; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, No–3, maddə 226, No–5, maddə 379; 2001-ci il, No–11, maddələr 676, 683; 2004-cü il, No–6, maddə 397; 2005-ci il, No–1, maddə 5, No–8, maddə 684; 2006-cı il, No–11, maddə 922) 8-ci maddəsinin 2-ci hissəsinin birinci cümləsindən “Bu Qanunun 6-cı maddəsinin birinci hissəsinin tələblərini pozan,” sözləri çıxarılsın.
V. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, No–8, maddə 695) 19.2.3-cü maddəsi çıxarılsın.
VI. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 aprel 2007-ci il
No– 316-IIIQD
Fayl şəklində yüklə

