"Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit keçidi qaydaları haqqında Əsasnamə"yə əlavələr edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit keçidi qaydaları haqqında Əsasnamə”yə əlavələr edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi  q ə r a r a   a l ı r :

I. Azərbaycan Respublikasının 2002-ci il 27 dekabr tarixli 414-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit keçidi qaydaları haqqında Əsasnamə”yə (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, No– 2, maddə 80) aşağıdakı məzmunda 7-1-ci və 7-2-ci bəndlər əlavə edilsin: 
“7-1. Azərbaycan Respublikasının dövlət sərhədindən keçmək üçün etibarlı sənədlərə malik olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olduqda Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılmaya bilərlər.
7-2. Azərbaycan Respublikasının ərazisindən dəmiryol nəqliyyatı və avtonəqliyyat vasitəsi ilə tranzitlə keçən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sərhədboyu zonada dayanması qadağandır.”.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 17 aprel 2007-ci il
No– 318-IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU