"B?dcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklərin və əlavələrin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U

Qanunlar      Paylaşın:        

 

 

 

"Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklərin və əlavələrin edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ

Q A N U N U

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

I. "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, N 10, maddə 584; 2003-cü il, N 6, maddə 267; Azərbaycan Respublikasının 2004-cü il 3 dekabr tarixli, 791-IIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

 

1. 6-cı maddənin adı aşağıdakı redaksiyada verilsin:

 

"Maddə 6. Ehtiyat fondları";

 

2. 6.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"6.1. Dövlət büdcəsində, Naxçıvan Muxtar Respublikasının büdcəsində və yerli büdcələrdə nəzərdə tutulmayan xərclər, təbii fəlakət, digər fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, habelə dövlət və yerli əhəmiyyətli tədbirlərin həyata keçirilməsi üçün məbləği müəyyən edilən ehtiyat fondu yaradılır.";

 

3.6.2-ci maddədə "fövqəladə halların" sözlərindən sonra "və 6.1-ci maddədə nəzərdə tutulan digər tədbirlərin" sözləri əlavə edilsin;

 

4. aşağıdakı redaksiyada 6.5-6.7-ci maddələr əlavə edilsin:

"6.5. Ölkənin sosial-iqtisadi həyatı üçün mühüm əhəmiyyət kəsb edən, lakin maliyyələşdirilməsinə vəsait nəzərdə tutulmayan tədbirlər üçün dövlət büdcəsində məbləği büdcə xərclərinin 2 faizindən çox olmamaqla Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondu yaradılır.

6.6. Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondunun vəsaiti yalnız müvafiq icra hakimiyyəti orqanının sərəncamları ilə müəyyən edilmiş xərclərin maliyyələşdirilməsinə istifadə olunur.

6.7. Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondunun vəsaiti ölkədə seçkilərin və referendumların keçirilməsinə, habelə Azərbaycan Respublikası Prezidentinin fəaliyyətinin təbliği məqsədilə xərclənə bilməz.";

 

5. 16.1.12-ci maddə aşağıdakı redaksiyada verilsin:

"16.1.12. ehtiyat fondlarının məbləği;".

 

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

 

Bakı şəhəri, 5 aprel 2005-ci il

N 876-IIQD

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU