"Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə"Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında

Qanunlar      Paylaşın:        

“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə”Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ saylı Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, No–7, maddə 443; 2006-cı il, No–6, maddə 486, No–11, maddə 927, No–12, maddə 1013; 2007-ci il, No–1, maddə 1) ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə aşağıdakı dəyişikliklər edilsin:

1. 33-cü maddənin yeddinci abzası çıxarılsın.

2. 82-ci maddədən “və müvafiq icra hakimiyyəti orqanının maddi həvəsləndirmə və inkişaf fondu” sözləri çıxarılsın.

II. Bu Qanun 2008-ci il 1 yanvar tarixindən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 may 2007-ci il
No– 323-IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU