"Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən istifadə və onların müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən istifadə və onların müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi  q ə r a r a   a l ı r :

I. “Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən istifadə və onların müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, No– 6, maddə 382) aşağıdakı dəyişikliklər edilsin:

1. Qanunun adında, preambulasında, II fəslin adında, 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci, 8-ci, 9-cu, 10-cu, 11-ci, 14-cü və 15-ci maddələrində “Qırmızı Xaç” və “Qırmızı Aypara” sözləri müvafiq olaraq “Qızıl Xaç” və “Qızıl Aypara” sözləri ilə əvəz edilsin. 

2. 1-ci maddədə “qırmızı xaçın” və “qırmızı ayparanın” sözləri müvafiq olaraq “qızıl xaçın” və “qızıl ayparanın” sözləri ilə əvəz edilsin. 

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 may 2007-ci il
No– 326-IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU