"Məhkəmələr və hakimlər haqqında" və "Konstitusiya Məhkəməsi haqqında"Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə
“Məhkəmələr və hakimlər haqqında” və “Konstitusiya Məhkəməsi haqqında”Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, No– 5, maddə 413; 1999-cu il, No– 5, maddə 248, No– 7, maddə 396, No– 10, maddə 570; 2001-ci il, No– 5, maddə 292, No– 6, maddə 379, No– 7, maddə 455; 2002-ci il, No– 1, maddə 4, No– 12, maddə 706; 2003-cü il, No– 6, maddə 278; 2004-cü il, No– 2, maddə 57, No– 3, maddə 133; No– 4, maddə 199, No– 8, maddə 597, No– 8, maddə 598, No– 9, maddə 669; 2005-ci il, No– 1, maddə 7) 106-cı maddəsinin birinci hissəsinin ikinci abzasında “şərti maliyyə vahidinin 1300 misli” sözləri “1.785,0 manat” sözləri ilə əvəz edilsin.
II. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, No– 1, maddə 9, No– 8, maddə 598, No– 9, maddə 668) 71.2-ci maddəsində “şərti maliyyə vahidinin 1300 mislinə bərabərdir” sözləri “1.785,0 manatdır” sözləri ilə əvəz edilsin.
III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 may 2007-ci il
No– 330-IIIQD
Fayl şəklində yüklə

