"Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə
“Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il büd¬cə¬si haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, No– 12, maddə 1010) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 1-ci maddədə “920.190.000,0” rəqəmi “989.657.000,0” rəqəmi ilə əvəz edilsin.
2. 2-ci maddədəki cədvəlin 1-ci bəndində (Məcburi dövlət sosial sığorta haqları) “670.730.000” rəqəmi “709.697.000” rəqəmi ilə, 1.1-ci bəndində (büdcədən maliyyələşən təşkilatlar üzrə) “271.950.000” rəqəmi “268.440.200” rəqəmi ilə, 1.2-ci bəndində (büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə) “37.085.000” rəqəmi “36.605.500” rəqəmi ilə, 1.3-cü bəndində (dövlət büdcəsindən ayrılan subsidiya hesabına və büdcə təşkilatlarının büdcədənkənar vəsaitləri üzrə daxilolmalar) “9.255.000” rəqəmi “10.255.000” rəqəmi ilə, 1.4-cü bəndində (digər sığortaedənlər üzrə) “352.440.000” rəqəmi “394.396.300” rəqəmi ilə, 3-cü bəndində (Dövlət büdcəsindən ayırmalar (transfert) “248.240.000” rəqəmi “278.740.000” rəqəmi ilə əvəz edilsin.
3. 3-cü maddədəki cədvəlin 1-ci bəndində (Əhaliyə ödənişlər, cəmi) “869.888.240” rəqəmi “938.117.460” rəqəmi ilə, 1.1-ci bəndində (əmək pensiyalarının ödənilməsinə, cəmi) “846.850.500” rəqəmi “912.660.500” rəqəmi ilə, həmin bənddə “əmək pensiyalarının baza hissəsinə” sətrində “664.190.000” rəqəmi “730.000.000” rəqəmi ilə, 1.2-ci bəndində (məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərə, cəmi) “23.037.740” rəqəmi “25.456.960” rəqəmi ilə, həmin bənddə “əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə” sətrində “8.025.000” rəqəmi “7.741.000” rəqəmi ilə, “hamiləliyə və doğuşa görə” sətrində “5.670.160” rəqəmi “7.223.240” rəqəmi ilə, “uşağın anadan olmasına görə” sətrində “3.306.500” rəqəmi “793.000” rəqəmi ilə, “3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar” sətrində “1.186.080” rəqəmi “815.000” rəqəmi ilə, “dəfn üçün” sətrində “3.850.000” rəqəmi “7.884.720” rəqəmi ilə, 2-ci bəndində (Pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri) “10.900.000” rəqəmi “11.700.000” rəqəmi ilə, 6-cı bəndində (Əlillərin sosial müdafiəsi tədbirlərinin həyata keçirilməsi və əlillərin sosial müdafiəsi orqanlarının saxlanılması xərcləri, cəmi) “11.282.500” rəqəmi “11.382.500” rəqəmi ilə, 6.5-ci bəndində (əlillərin sosial müdafisəsi orqanlarının saxlanılmasına) “750.000” rəqəmi “850.000” rəqəmi ilə, 7-ci bəndində (Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının və onun yerli orqanlarının saxlanılması xərcləri) “13.400.000” rəqəmi “13.600.000” rəqəmi ilə əvəz edilsin.
4. 3-cü maddədəki cədvələ aşağıdakı məzmunda 10-cu bənd əlavə edilsin:
“10. Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin
İnki¬şafı Proqramı arasında imzalanmış “Milli Sosial Müdafiə
Sisteminin İnkişafı və Milli Məşğulluq Strategiyası üzrə
nəzərdə tutulmuş fəaliyyətlərin həyata keçirilməsi layihəsi
üzrə Qrant Sazişi”nin icrası olaraq Azərbaycan Hökuməti
tərəfindən 2006-2007-ci illər ərzində ayrılan vəsaitin
5 (beş) faizi həcmində layihənin idarəetmə xərclərinə 137.780”.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 may 2007-ci il
No– 351-IIIQD
Fayl şəklində yüklə

