"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa əlavələr və dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əlavələr və dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, No– 3, maddə 115; 2004-cü il, No– 9, maddə 665) aşağıdakı əlavələr və dəyişiklik edilsin:

1. 17-ci maddənin adında “aparatı” sözündən sonra “və regional mərkəzləri” sözləri əlavə edilsin;

2. 17.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Yerlərdə Müvəkkilin regional mərkəzləri yaradıla bilər.”;

3. 17.3-cü maddədə “Aparat” sözündən sonra “və regional mərkəzlər” sözləri, “aparatı” sözündən sonra “və regional mərkəzləri” sözləri əlavə edilsin;

4. 17.4-cü maddədə, 18-ci maddənin adında, 18.1-ci və 18.2-ci maddələrdə “aparatının” sözündən sonra “və regional mərkəzlərinin” sözləri əlavə edilsin;

5. 19.1-ci maddədə “və onun aparatının” sözləri “, onun aparatının və regional mərkəzlərinin” sözləri ilə əvəz edilsin.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 mart 2006-cı il
No– 71-IIIKQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU