"Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə
“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, No– 11, maddə 406, No– 16, maddə 706; 1993-cü il, No– 5, maddə 133; 1994-cü il, No– 9, maddə 96; Azərbaycan Respublikasının 1995-ci il 2 may tarixli 1030 nömrəli Qanunu; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, No– 1, maddə 15; 1999-cu il, No– 3, maddə 164, No– 4, maddə 215, No– 5, maddə 286; 2001-ci il, No– 3, maddə 147, No– 12, maddə 745; 2002-ci il, No– 6, maddə 328, No– 8, maddə 463; 2004-cü il, No– 2, maddə 57, No– 7, maddə 507) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 23-cü maddədə:
1.1. maddənin adında ”Dövlət orqanlarının” sözləri “Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının” sözləri ilə əvəz edilsin;
1.2. birinci hissədə “Yerli icra hakimiyyəti orqanları” sözləri “Müvafiq icra hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları” sözləri ilə əvəz edilsin.
2. 24-cü maddədə:
2.1. birinci hissənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan Respublikasına qarşı real silahlı hücum edildiyi və ya bilavasitə real silahlı hücum təhlükəsi olduğu, habelə Azərbaycan Respublikasına qarşı yönəldilmiş silahlı münaqişə yarandığı hallarda müvafiq icra hakimiyyəti orqanı dərhal ümumi və ya qismən səfərbərlik elan edir”;
2.2. ikinci hissədə “səhhətə görə möhlət və azadetmə” sözləri “qanunvericiliyə uyğun olaraq səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət” sözləri ilə əvəz edilsin;
2.3. üçüncü hissədə “çağırılmalı olan” sözlərindən əvvəl “hərbi xidmətə” sözləri əlavə edilsin, “Azərbaycan Respublikası Prezidentinin”, “Azərbaycan Respublikasının Milli Məclisi” və “Azərbaycan Respublikasının Nazirlər Kabineti” sözləri ismin müvafiq hallarında “müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilsin;
2.4. dördüncü və beşinci hissələr aşağıdakı redaksiyada verilsin:
“Ehtiyatda olan və səfərbərlik üzrə hərbi xidmətə çağırılmayan vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin mülki heyət vəzifəsində işləmək üçün göndərilə bilərlər.
Vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə çağırışının təşkili “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.”;
2.5. altıncı hissə çıxarılsın.
3. 25-ci maddədə:
3.1. maddənin adında “dövlət orqanlarının” sözləri “dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının” sözləri ilə əvəz edilsin;
3.2. ikinci hissədə “Yerli icra hakimiyyəti orqanları” sözləri “Müvafiq icra hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları” sözləri ilə əvəz edilsin;
3.3. üçüncü hissədə “nazirliklərin, baş idarələrin” sözləri “dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının” sözləri ilə əvəz edilsin.
4. 26-cı maddənin ikinci hissəsinin birinci cümləsində “hərbi qulluqçular” sözlərindən sonra “mövsümə uyğun” sözləri əlavə edilsin.
II. “Müdafiə haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, No– 23-24, maddə 671; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, No– 3, maddə 148, No– 11, maddə 683; 2004-cü il, No– 5, maddə 312, 319; 2005-ci il, No– 7, maddə 576) aşağıdakı dəyişikliklər edilsin:
1. 9-cu maddənin adında və mətnində “yerli dövlət” sözləri “müvafiq icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə” sözləri ilə əvəz edilsin.
2. 18-ci maddədə ”dövlət orqanlarının” sözləri “dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının” sözləri ilə əvəz edilsin.
III. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, No– 18, maddə 243; 1995-ci il, No– 14, maddə 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, No– 5, maddə 385, No– 6, maddə 493; 1998-ci il, No– 2, maddə 70; 2000-ci il, No– 12, maddə 835; 2001-ci il, No– 3, maddə 143, No– 6, maddə 378, No– 11, maddə 674;2002-ci il, No– 1, maddə 4, No– 8, maddə 463; 2004-cü il, No– 7, maddə 505, 2005-ci il, No– 3, maddə 152) 2-ci maddəsinə aşağıdakı məzmunda yeddinci hissə əlavə edilsin:
“Səfərbərlik elan edildikdə, Azərbaycan Respublikasına gəlmə və Azərbaycan Respublikasından getmənin xüsusi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.”.
IV. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 8, I kitab, maddə 584; 2001-ci il, No– 1, maddə 24, No– 3, maddə 139, No– 7, maddə 455, No– 11, maddələr 680, 698, No– 12, maddə 731; 2002-ci il, No– 1, maddə 9, No– 4, I kitab, maddə 165, No– 5, maddələr 234, 237, 239, No– 6, maddə 326, No– 8, maddə 463, No– 12, maddə 692; 2003-cü il, No– 1, maddələr 3, 13, 23, No– 4, maddələr 177, 178, No– 5, maddə 228, No– 6, maddələr 257, 276, 279, No– 8, maddələr 407, 425, No– 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, No– 1, maddələr 6, 7, 10, 13, No– 4, maddələr 200, 201, 204, No– 5, maddələr 313, 314, 317, 321, No–6, maddə 397, No– 8, maddələr 596, 597, No– 10, maddələr 762, 779, No– 11, maddə 900, No– 12, maddə 973; 2005-ci il, No– 1, maddələr 5, 6, No– 2, maddə 61, No– 4, maddələr 272, 273, 275, 278, No– 6, maddələr 462, 466; No– 7, maddə 576, No– 8, maddələr 691, 692, No– 10, maddələr 875, 877, 904,No– 11, maddələr 993, 994, 995; Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli 1030-IIQD, 1038-IIQD nömrəli, 23 dekabr tarixli 32-IIIQD, 39-IIIQD nömrəli qanunları) 356-cı maddəsinə aşağıdakı dəyişiklik və əlavələr edilsin:
1. Maddənin adında “Müəssisələr” sözü “Dövlət hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları, müəssisələr” sözləri ilə əvəz edilsin.
2. Maddənin mətnində “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının” sözlərindən sonra “və yerli özünüidarəetmə orqanlarının” sözləri əlavə edilsin.
3. Maddənin mətni 356.1-ci maddə hesab olunsun və aşağıdakı məzmunda 356.2-ci maddə əlavə olunsun:
“356.2. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik sahəsində onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə -
şərti maliyyə vahidinin səksən mislindən doxsan mislinədək miqdarda cərimə edilir.”.
V. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 mart 2006-cı il
No– 72-IIIQD
Fayl şəklində yüklə

