Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının 2004-cü il 8 iyul tarixli, 682-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında Əsasnamə”nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, No– 7, maddə 514) 47-ci maddəsinin üçüncü hissəsində “25 təqvim ili” sözləri “20 təqvim ili” sözləri ilə əvəz edilsin.
II. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, No– 8, maddə 601; Azərbaycan Respublikasının 23 dekabr 2005-ci il tarixli 32-IIIQD nömrəli Qanunu) 20.9-cu maddəsində “güzəştli hesabla pensiya təyin edilməsi” sözləri “pensiya məbləğinin hesablanması” sözləri ilə əvəz edilsin.
III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 mart 2006-cı il
No– 76-IIIQD
Fayl şəklində yüklə

