Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”nin (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, No–17, maddə 234; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, No–11, maddə 687; 2004-cü il, No–7, maddə 505) 59-cu maddəsi aşağıdakı redaksiyada verilsin:
“Aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu bir ay ərzində dövlət büdcəsinə köçürülür.”.

II. Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, No–7, maddə 506) 1.1-ci maddəsində “nümayəndəliklərində” sözündən sonra “və konsulluqlarında” sözləri əlavə edilsin.

III. “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, No–3, maddə 138; 2003-cü il, No–4, maddə 178; 2005-ci il, No–4, maddə 278) 21-ci maddəsinin üçüncü hissəsi aşağıdakı redaksiyada verilsin:
“Radiasiya qəzasının nəticələrinin ləğvi üçün cəlb olunmuş şəxsə yüksək şüalanma dozası alması nəticəsində sağlamlığına dəyən zərərə görə “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş şəxslər üçün qanunvericiliklə müəyyən edilmiş kompensasiya və güzəştlər verilir.”.
IV. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, No–12, maddə 740; 2002-ci il, No–12, maddə 706; 2003-cü il, No–1, maddə 23, No–8, maddə 428, No–12, I kitab, maddələr 676, 698; 2005-ci il, No–1, maddə 1, No–6, maddə 462, No–8, maddə 684; Azərbaycan Respublikasının 2005-ci il 1 sentyabr tarixli 979-IIQD nömrəli və 21 oktyabr tarixli 1030-IIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər və əlavə edilsin:
1. 10.4.1-ci maddədə ikinci sütunda “9,0 misli” sözləri “4,0 misli” sözləri ilə əvəz edilsin.
2. 10.4.2-ci maddədə ikinci sütunda “20,0 misli” sözləri “15,0 misli” sözləri ilə əvəz edilsin.
3. 10.4.3-cü maddədə ikinci sütunda “55,0 misli” sözləri “25,0 misli” sözləri ilə əvəz edilsin.
4. Aşağıdakı məzmunda 26.6-cı və 26.7-ci maddələr əlavə edilsin:
“26.6. İpoteka kağızının dövlət qeydiyyatı üçün – şərti maliyyə vahidinin 4,0 misli.
26.7. İpoteka kağızının əlavə qeydiyyatı üçün – şərti maliyyə vahidinin 1,0 misli.”.

V. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No–8, I kitab, maddə 584; 2001-ci il, No–1, maddə 24, No–3, maddə 139, No–7, maddə 455, No–11, maddələr 680, 698, No–12, maddə 731; 2002-ci il, No–1, maddə 9, No–4, I kitab, maddə 165, No–5, maddələr 234, 237, 239, No–6, maddə 326, No–8, maddə 463, No–12, maddə 692; 2003-cü il, No–1, maddələr 3, 13, 23, No–4, maddələr 177, 178, No–5, maddə 228, No–6, maddələr 257, 276, 279, No–8, maddələr 407, 425, No–12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, No–1, maddələr 6, 7, 10, 13, No–4, maddələr 200, 201, 204, No–5, maddələr 313, 314, 317, 321, No–6, maddə 397, No–8, maddələr 596, 597, No–10, maddələr 762, 779, No–11, maddə 900, No–12, maddə 973; 2005-ci il, No–1, maddələr 5, 6, No–2, maddə 61, No–4, maddələr 272, 273, 275, 278, No–6, maddələr 462, 466, No–7, maddə 576, No–8, maddələr 691, 692, No–10, maddələr 875, 877, 904, No–11, maddələr 993, 994, 995; Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli 1030-IIQD, 1038-IIQD nömrəli qanunları) aşağıdakı məzmunda 130.6-cı və 130-1-ci maddələr əlavə edilsin:
“130.6. müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan Azərbaycan Respublikasının hava məkanında səsdən iti sürətlə uçuşa görə-
fiziki şəxslər şərti maliyyə vahidinin iyirmi mislindən otuz mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin əlli mislindən yetmiş mislinədək miqdarda cərimə edilir.

Maddə 130-1. Aviasiya qəzasının baş verdiyi yerdə qəzaya uğramış hava gəmisinin hissələrinin və ya onun daşıdığı əşyaların (yüklərin, baqajın) qanunsuz götürülməsi
Aviasiya qəzasını araşdıran komissiyanın icazəsi olmadan aviasiya qəzasının baş verdiyi yerdə qəzaya uğramış hava gəmisinin hər hansı hissələrinin, yaxud onun daşıdığı əşyaların (yükün, baqajın) götürülməsinə görə-
fiziki şəxslər şərti maliyyə vahidinin iyirmi mislindən otuz mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin əlli mislindən yetmiş mislinədək miqdarda cərimə edilir.”.

VI. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 03 mart 2006-cı il
No– 79-IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU