Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavə edilməsi barədə

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavə edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No–4, I kitab, maddə 250, No–5, maddə 323; 2002-ci il, No–12, maddə 709; 2003-cü il, No–8, maddə 420; 2004-cü il, No–3, maddə 123, No–5, maddə 318, No–6, maddə 415, No–10, maddə 761, No–11, maddə 901; 2005-ci il, No–2, maddə 61, No–6, maddə 466, No–8, maddələr 684, 692, 693; Azərbaycan Respublikasının 2005-ci il 20 sentyabr tarixli 995-IIQD nömrəli və 21 oktyabr tarixli 1038-IIQD nömrəli qanunları) 62.1.4-cü maddəsində “dördüncü növbədə büdcəyə məcburi ödənişlər” sözlərindən sonra “və büdcədənkənar dövlət fonduna məcburi dövlət sosial sığorta haqları” sözləri əlavə edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 03 mart 2006-cı il
No– 80-IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU