"Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavə edilməsi haqqında
“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavə edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, No– 1, maddə 12; 1999-cu il, No– 4, maddə 225; 2000-ci il, No– 8, III kitab, maddə 587; 2001-ci il, No– 3, maddələr 142, 145, No– 5, maddələr 295, 298, No– 11, maddə 683; 2004-cü il, No– 1, maddələr 6, 13, No– 2, maddələr 57, 58; 2005-ci il, No– 2, maddə 61) 17-ci maddəsinin 1-ci bəndinin səkkizinci abzası çıxarılsın.
II. “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, No– 11, maddə 888) aşağıdakı dəyişiklik və əlavə edilsin:
1. 14.9-cu maddə aşağıdakı redaksiyada verilsin:
“14.9. Reklamına Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhdudiyyətlər qoyulmuş məhsulların, habelə saat 7.00-dan saat 23.00-dək spirtli içkilərin reklamına yol verilmir. Narkotik vasitələrin, silahların, pornoqrafiyanın, tütün məmulatlarının, uşaqların fiziki, əqli və mənəvi inkişafına ciddi zərbə vuran məhsulların, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda digər məhsulların reklamı qadağandır.”.
2. Aşağıdakı məzmunda 22.6-cı maddə əlavə edilsin:
“22.6. Qanunun tələblərini pozmuş ictimai yayımçı ona tətbiq edilmiş müvafiq məsuliyyət tədbirinin məzmunu barədə məlumatı müvafiq dövlət orqanı tərəfindən müəyyən edilmiş vaxt ərzində yayımlamağa borcludur.”.
III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 mart 2006-cı il
No– 81–IIIQD
Fayl şəklində yüklə

