"Azərbaycan Respublikasının Milli Bankı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və "Respublikada pul dövriyyəsini sabitləşdirmək tədbirləri haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 28 mart tarixli 1004 nömrəli Qərarının qüvvədən düşmüş hesab edilməsi barədə
“Azərbaycan Respublikasının Milli Bankı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və “Respublikada pul dövriyyəsini sabitləşdirmək tədbirləri haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 28 mart tarixli 1004 nömrəli Qərarının qüvvədən düşmüş hesab edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, No– 11, maddə 387, No– 12, maddə 454; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, No–3, maddə 226; 2001-ci il, No–11, maddə 683; 2002-ci il, No–8, maddə 463; 2004-cü il, No–2, maddə 57, No–5, maddə 321, No–8, maddə 598; 2005-ci il, No–4, maddə 278, No–6, maddə 464) 8-ci maddəsinin üçüncü hissəsinə “din xadimləri” sözlərindən əvvəl “Azərbaycan Respublikası Milli Bankının İdarə Heyətinin üzvləri,” sözləri əlavə edilsin.
II. Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli 516 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamə”nin (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, No–4, maddə 117; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, No–8, maddə 463; 2005-ci il, No–2, maddə 61) 4-cü maddəsinin “г)” bəndində “biletlərində və metal pul vahidlərində” sözləri “buraxıldığı kağız və metal pul nişanlarında” sözləri ilə əvəz edilsin.
III. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il No–7, maddə 116; Azərbaycan Respublikası Qanunvericilik Toplusu, 2001-ci il, No–12, maddə 737; 2003-cü il, No–1, maddə 1) 1-ci maddəsinin 1-ci bəndinin “a)” yarımbəndində “bank biletləri (banknotları) şəklində olan manatlar və sikkələri” sözləri “buraxdığı kağız və metal pul nişanları” sözləri ilə əvəz edilsin.
IV. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, No–6, maddə 460; 2001-ci il, No–1, maddə 25, No–6, maddə 362; 2002-ci il, No–5, maddə 241) 2-ci maddəsinin ikinci bəndinə aşağıdakı redaksiyada ikinci abzas əlavə edilsin:
“Bu Qanun Azərbaycan Respublikasının Milli Bankına şamil edilmir.”;
V. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, No–12, maddə 740; 2002-ci il, No–12, maddə 706; 2003-cü il, No–1, maddə 23, No–8, maddə 428, No–12, I kitab, maddə 698; 2005-ci il, No–1, maddə 1) aşağıdakı əlavə və dəyişikliklər edilsin:
1. 3-cü maddənin mətninin əvvəlinə “3.1.” rəqəmi əlavə edilsin və aşağıdakı redaksiyada 3.2-ci maddə əlavə edilsin:
“3.2. Azərbaycan Respublikasının Milli Bankı dövlət rüsumunun bütün növlərinin ödənilməsindən azaddır.”;
2. 9.1.14-cü maddədən “Milli Bank və onun qurumları,” sözləri çıxarılsın.
VI. “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, No–12, maddə 687; 2004-cü il, No–1, maddə 10; 2005-ci il, No–2, maddə 62) 8-ci maddəsinin ikinci abzasında “vəzifə tutmaq” sözlərindən sonra “, habelə Azərbaycan Respublikasının Milli Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 21.3-cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Milli Bankının İdarə Heyətinin üzvü olmaq” sözləri əlavə edilsin.
VII. “Bələdiyyə üzvünün statusu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No–10, maddə 706; 2004-cü il, No–1, maddə 10) 13-cü maddəsinə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:
“Bələdiyyə üzvü “Azərbaycan Respublikasının Milli Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 21.3-cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Milli Bankının İdarə Heyətinin üzvü ola bilməz.”.
VIII. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, No–10, maddə 584; 2003-cü il, No–6, maddə 267; 2004-cü il, No–12, maddə 979; 2005-ci il, No–5, maddə 393) 15.2-ci maddəsinə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
“Büdcə layihəsinin müzakirəsi zamanı Azərbaycan Respublikası Milli Bankının İdarə Heyətinin sədri qarşıdakı il üçün pul siyasətinin əsas istiqamətləri barədə Azərbaycan Respublikası Milli Məclisinə məlumat verir.”.
IX. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No–4, I kitab, maddə 250; 2002-ci il, No–12, maddə 709; 2003-cü il, No–8, maddə 420; 2004-cü il, No–3, maddə 123, No–5, maddə 318, No–6, maddə 415, No–10, maddə 761, No–11, maddə 901; 2005-ci il, No–2, maddə 61, No–6, maddə 466) aşağıdakı dəyişikliklər edilsin:
1. 439.3-cü maddədə “Bankının uçot faizi” sözləri “Bankı tərəfindən müəyyən edilən uçot” sözləri ilə əvəz edilsin;
2. 449.1-ci maddəsinin ikinci və üçüncü cümlələrində və 449.2-ci maddəsində “bank faizinin” sözləri “bank” sözü ilə əvəz edilsin;
X. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No–8, I kitab, maddə 584; 2001-ci il, No–1, maddə 24, No–3, maddə 139, No–7, maddə 455, No–11, maddələr 680, 698, No–12, maddə 731; 2002-ci il, No–1, maddə 9, No–4, I kitab, maddə 165, No–5, maddələr 234, 237, 239, No–6, maddə 326, No–8, maddə 463, No–12, maddə 692; 2003-cü il, No–1, maddələr 3, 13, 23, No–4, maddələr 177, 178, No–5, maddə 228, No–6, maddələr 257, 276, 279, No–8, maddələr 407, 425, No–12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, No–1, maddələr 6, 7, 10, 13, No–4, maddələr 200, 201, 204, No–5, maddələr 313, 314, 317, 321, No–6, maddə 397, No–8, maddələr 596, 597, No–10, maddələr 762, 779, No–11, maddə 900, No–12, maddə 973; 2005-ci il, No–1, maddələr 5, 6, No–2, maddə 61, No–4, maddələr 272, 273, 275, 278, No–6, maddələr 462, 466, No–7, maddə 576, No–8, maddələr 691, 692, No–10, maddələr 875, 877, 904, No–11, maddələr 993, 994, 995; Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli 1030-IIQD, 1038-IIQD nömrəli; 2006-cı il 03 mart tarixli 79-IIIQD nömrəli qanunları) aşağıdakı məzmunda 223-3-cü maddə əlavə edilsin:
“Maddə 223-3. Kredit təşkilatları tərəfindən məcburi ehtiyatların təmin edilməməsi
Kredit təşkilatları tərəfindən Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi məcburi ehtiyatlar təmin edilmədiyinə görə-
vəzifəli şəxslər şərti maliyyə vahidinin doxsan misli miqdarında, hüquqi şəxslər şərti maliyyə vahidinin üç yüz misli miqdarında cərimə edilir.”.
XI. “Respublikada pul dövriyyəsini sabitləşdirmək tədbirləri haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 28 mart tarixli 1004 nömrəli Qərarı qüvvədən düşmüş hesab edilsin.
XII. “Bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının qanunvericilik Toplusu 1997-ci il, No–3, maddə 177) 3-cü bəndi çıxarılsın.
XIII. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 03 mart 2006-cı il
No– 82-IIIQD
Fayl şəklində yüklə

