Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilsin:
Aşağı Noxudlu və Yuxarı Noxudlu kəndləri Arbatan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Aşağı Noxudlu kəndi mərkəz olmaqla, Aşağı Noxudlu kənd inzibati ərazi dairəsi yaradılsın.
Parça Xələc və Seyidan kəndləri Çuxanlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Parça Xələc kəndi mərkəz olmaqla, Parça Xələc kənd inzibati ərazi dairəsi yaradılsın.
Həsənli və Qardili kəndləri Yenikənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Həsənli kəndi mərkəz olmaqla, Həsənli kənd inzibati ərazi dairəsi yaradılsın.
Kərimbəyli kəndi Qarabağlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Kərimbəyli kənd inzibati ərazi vahidi yaradılsın.
Yolüstü və Aydıngün kəndləri Qaraçala qəsəbə inzibati ərazi dairəsi tərkibindən, Düzənlik kəndi Varlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Yolüstü kəndi mərkəz olmaqla, Yolüstü kənd inzibati ərazi dairəsi yaradılsın.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 mart 2006-cı il
No– 83-IIIQ
Fayl şəklində yüklə

