Azərbaycan Respublikasının Yevlax və Tərtər, Beyləqan və Ağcabədi rayonlarının inzibati sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Yevlax və Tərtər, Beyləqan və Ağcabədi rayonlarının inzibati sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının Yevlax və Tərtər rayonlarının inzibati sərhədlərində bu Qanuna əlavə olunmuş xəritə sənədinə uyğun olaraq qismən dəyişiklik edilsin.
II. Azərbaycan Respublikasının Beyləqan və Ağcabədi rayonlarının inzibati sərhədlərində bu Qanuna əlavə olunmuş xəritə sənədinə uyğun olaraq qismən dəyişiklik edilsin.
III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 aprel 2006-cı il
No– 96-IIIQ
Fayl şəklində yüklə

