Azərbaycan Respublikasının "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalının Əsasnaməsi və təsviri təsdiq edilsin (əlavə olunur).
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 aprel 2006-cı il
No– 97-IIIQ
Azərbaycan Respublikasının
2006-cı il 21 aprel tarixli
97-IIIQ nömrəli Qanunu
ilə təsdiq edilmişdir
Azərbaycan Respublikasının
“Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalının
ƏSASNAMƏSİ
1. “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikasının daxili işlər orqanlarında təqvimi hesablama ilə 10, 15 və 20 il xidmət keçmiş (SSRİ daxili işlər orqanlarında xidmət müddəti də nəzərə alınmaqla) əməkdaşlar təltif edilirlər.
2. Daxili işlər orqanlarının əməkdaşları “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.
3. “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır:
“Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal – Azərbaycan Respublikasının daxili işlər orqanlarında 20 il xidmətə görə;
“Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal – Azərbaycan Respublikasının daxili işlər orqanlarında 15 il xidmətə görə;
“Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal – Azərbaycan Respublikasının daxili işlər orqanlarında 10 il xidmətə görə.
1-ci dərəcəli medal ən ali dərəcədir.
4. “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.

TƏSVİRİ
“Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalı bürüncdəndir, lövhə şəklində tərtib edilmişdir.
Diametri 32 mm olan lövhənin içində onun mərkəzindən çıxan şüalar və qabarıq şəkildə səkkizguşəli ulduz, ulduzun guşələri arasında isə kürəciklər həkk olunmuşdur. Ulduzun üzərində daxilində Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi olan dairə təsvir edilmişdir. Dairənin içində çevrə boyu palıd yarpağından çələng yerləşdirilmişdir.
1-ci dərəcəli medal – qızılı, 2-ci dərəcəli medal daxildəki çevrənin səthi və çələng gümüşü olmaqla qızılı, 3-cü dərəcəli medal isə gümüşü rənglidir.
Medalın arxa tərəfi hamar səthlidir, yuxarı qövs boyunca “Azərbaycan”, aşağı qövs boyunca “Respublikası” sözləri, mərkəzdə isə 3-cü dərəcəli medalda “10 il qüsursuz xidmətə görə”, 2-ci dərəcəli medalda “15 il qüsursuz xidmətə görə”, 1-ci dərəcəli medalda “20 il qüsursuz xidmətə görə” sözləri həkk olunmuşdur.
Medal paltara bərkidilmək üçün elementi olan, 20 mm x 42 mm ölçüdə, 1-ci və 2-ci dərəcəli medal üçün qızılı, 3-cü dərəcəli medal üçün isə gümüşü rəngli beşbucaqlı metal lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhə öndən iki hissədən ibarətdir. Üst hissə 34 mm uzunluqda düzbucaq olmaqla üzərində lövhənin kənarları və yuxarı tərəfi boyunca eni 2 mm olan, 1-ci və 2-ci dərəcəli medal üçün sarı, 3-cü dərəcəli medal üçün isə boz rəngli, ortada şaquli istiqamətdə 1-ci dərəcəli medal üçün eni 5 mm olan bir, 2-ci dərəcəli medal üçün eni və bir-biri ilə arası 2 mm olan iki, 3-cü dərəcəli medal üçün eni və bir-biri ilə arası 2 mm olan üç zolaq çəkilmiş qırmızı rəngli xara lentlə örtülmüşdür. Lövhənin alt hissəsi hündürlüyü 8 mm olan çevrilmiş trapesiyadır. Trapesiyanın içində, onun oturacağından çıxan şüaların üzərində aypara və səkkizguşəli ulduz təsvir edilmişdir.
Medala paltara bərkidilmək üçün elementi olan, metaldan düzəldilmiş və eyni xara lentlə örtülmüş 20 mm x 10 mm ölçülü qəlib əlavə olunur.

Fayl şəklində yüklə