"Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U

I. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, No– 18, maddə 243; 1995-ci il, No– 14, maddə 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, No– 5, maddə 385, No– 6, maddə 493; 1998-ci il, No– 2, maddələr 70, 72; 2000-ci il, No– 12, maddə 835; 2001-ci il, No– 3, maddə 143; No– 6, maddə 378, No– 11, maddə 674, 2002-ci il, No– 1, maddə 4, No– 8, maddə 463; 2004-cü il, No– 7, maddə 505; 2005-ci il, No– 3, maddə 152, No– 10, maddə 874; Azərbaycan Respublikasının 2005-ci il 23 dekabr tarixli 32-IIIQD və 30 dekabr tarixli 51-IIIQD nömrəli qanunları) 2-ci maddəsinin birinci hissəsinə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:
“Xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının ölkəyə qayıtmaq hüququ Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında həyata keçirilir. Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin forması və həmin şəhadətnamənin verilməsi qaydası Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilir.”.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 aprel 2006-cı il
No– 99-IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU