Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinə dəyişikliklər edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinə dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :

I. Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisin Daxili Nizamnaməsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, No– 2, maddə 107; 1999-cu il, No– 5, maddə 284; 2000-ci il, No– 6, maddə 380, No– 12, maddə 832, maddə 834; 2003-cü il, No– 2, maddə 77; 2004-cü il, No– 5, maddə 314) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddənin 4-cü hissəsində “iyul ayının 1-dən” ifadəsi “iyul ayının 15-dən” ifadəsi ilə, “avqust ayının 15-dək” ifadəsi “avqust ayının 30-dək” ifadəsi ilə əvəz edilsin.

2. 1-ci maddənin 5-ci abzası yeni redaksiyada verilsin:

“Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin I hissəsinin birinci abzasına uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.”

3. 1-1-ci maddədə “fevralın 1-dək” sözləri “martın 10-dək” sözləri ilə, “fevralın 1-dən” sözləri “martın 10-dan” sözləri ilə əvəz edilsin.
4. 31-ci maddədən “Milli Məclisin deputatı mandatından özü imtina etdikdə, onu deputat mandatından məhrum edir;” cümləsi çıxarılsın.
5. 48-ci maddədə “Katibliyi” sözü “Aparatı” sözü ilə əvəz edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 may 2006-cı il
No– 107-IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU