"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N
U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, No– 1, maddə 1, No– 3, maddə 131; 2002-ci il, No– 12, maddə 693; 2003-cü il, No– 1, maddə 16; 2004-cü il, No– 1, maddə 10, No– 4, maddə 199, No– 5, maddə 321, No– 8, maddə 597, No– 11, maddə 884; 2005-ci il No– 6, maddə 463, No– 6, maddə 475, No– 10, maddə 874) aşağıdakı əlavə və dəyişiklik edilsin:
8.1.4-cü maddədə “Hərbi Məhkəməsinin Aparatı,” sözlərindən sonra “Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikası Məhkəməsinin Aparatı, Azərbaycan Respublikası Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın Katibliyi” sözləri əlavə edilsin, “Beynəlxalq Müqavilələrdən İrəli Gələn Mübahisələrə dair Azərbaycan Respublikası İqtisad Məhkəməsinin Aparatı” sözləri çıxarılsın.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 may 2006-cı il
No– 108-IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU