"Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə
“Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, No–12, maddə 974) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 1.0.6-cı maddə aşağıdakı redaksiyada verilsin:
“1.0.6. aztəminatlı ailə – orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə;”
2. 1.0.7-ci maddə aşağıdakı redaksiyada verilsin:
“1.0.7. ünvanlı dövlət sosial yardımı – aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımı;”.
3. Qanuna aşağıdakı məzmunda 1.0.9-cu maddə əlavə edilsin:
“1.0.9. ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd.”
4. 2.0.1-ci maddədə “əhalinin aztəminatlı təbəqələrinə dövlət tərəfindən ünvanlı sosial yardım” sözləri “aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının” sözləri ilə əvəz edilsin.
5. 2.0.2-ci maddədə “əhalinin aztəminatlı təbəqələrinin” sözləri “aztəminatlı ailələrin” sözləri ilə əvəz edilsin.
6. 5.1-ci maddədə “ünvanlı dövlət sosial yardımının və digər ödənişlərin” sözləri “digər ödənişlərin və ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədi ilə ehtiyac meyarının” sözləri ilə əvəz edilsin.
7. 5.3-cü maddədə “, ünvanlı dövlət sosial yardımlarının” sözləri “, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddinin” sözləri ilə əvəz edilsin.
8. 5.4-cü maddədə “məbləği” sözündən sonra “, ehtiyac meyarının həddi” sözləri əlavə edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 may 2006-cı il
No– 109-IIIQD
Fayl şəklində yüklə

